Bank Of Baku

Komitə sədri: “Azərbaycanlı məcburi köçkünlər və qaçqınlar tərəfindən Ermənistanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı məsələ açıq qalır”

Komitə sədri: “Azərbaycanlı məcburi köçkünlər və qaçqınlar tərəfindən Ermənistanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı məsələ açıq qalır”
# 19 yanvar 2010 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanlı məcburi köçkünlər və qaçqınlar tərəfindən Ermənistanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı məsələ açıq qalır. APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Komitə sədrinin sözlərinə görə, vaxtı ilə Azərbaycandan köçən ermənilər Azərbaycan hökumətini Avropa Məhkəməsinə verməyə çalışıb. Bunun müqabilində həm azərbaycanlı məcburi köçkünlərin, həm də Ermənistandan olan qaçqınların Avropa Məhkəməsinə müraciət etməsi vəziyyəti dəyişib: “Hətta o vaxt Avropa Məhkəməsi ermənilərin müraciətinə reaksiya verməyə başlamışdı. Amma bizdən müraciətlərin çox olduğunu görüb fikrlərini dəyişdilər və bu məsələni saxladılar».

Qeyd edək ki, 1988-ci ildən Ermənistanda azərbaycanlılara qarşı başlanmış deportasiya və Azərbaycana silahlı müdaxilə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR