Bank Of Baku

Gənclər və İdman Nazirliyi yeni layihəyə start verib

Gənclər və İdman Nazirliyi yeni layihəyə start verib
# 19 yanvar 2010 13:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı ilə birgə "Region gəncləri üçün məşğulluq imkanlarının yaradılması" adlı yeni dörd aylıq layihəyə start verib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Biləsuvar, Dəvəçi, Ağsu və Ucar rayonlarında yaşayan gəncləri əhatə edəcək. Layihənin əsas məqsədi ölkə miqyasında gənclərin məşğulluğu üzrə təlim və məlumatlandırmanın inkişafına təkan verilməsidir. Bu məqsədlə adı çəkilən regionlarda işsiz və iş axtaran gənclərin rəy və təkliflərinin öyrənilməsi, tələbatlarının üzə çıxarılması və qiymətləndirilməsi məqsədilə sosioloji sorğu keçiriləcək, real vəziyyətə dair monitorinqlər aparılacaq və nəticələr əsasında hesabat hazırlanacaq. Region gəncləri üçün zəruri olan, zəngin informasiya və məlumatların yer alacağı "İş axtaran gənclər üçün Məlumat Toplusu" və "İş axtaran gənclər üçün Yaddaş Kitabçası" çap olunacaq. Mart-aprel aylarında iş axtaran gənclər üçün iş təkliflərinin yer aldığı daimi fəaliyyət göstərəcək www.genckadr.az saytı yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR