Bank Of Baku

Sumqayıt ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsində şəhid olmuş alimlərin xatirə abidəsini ziyarət ediblər

Sumqayıt ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsində şəhid olmuş alimlərin xatirə abidəsini ziyarət ediblər
# 19 yanvar 2010 14:29 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin başçılığı altında ictimaiyyət nümayəndələri əsaslı təmir və yenidənqurmadan sonra Bakı-Quba yolunun 24-cü km-də yerləşən 20 Yanvar faciəsində şəhid olmuş Sumqayıt alimlərinin xatirə abidəsini ziyarət edib. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, abidənin qoyulduğu yerdə 1990-cı il yanvarın 24-də professorlar - İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutuna işə gedərkən qətlə yetiriliblər.

Sabah isə 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Sumqayıt rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri şəhərdə yerləşən 20 Yanvar abidəsini və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

İcra hakimiyyətindən bildirilib ki, bu gün Sumqayıt şəhər mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR