Bank Of Baku

ÜST Baş direktoru: «İnsanlar H1N1 virusuna qarşı peyvənd olunmaqdan imtina edir»

ÜST Baş direktoru: «İnsanlar H1N1 virusuna qarşı peyvənd olunmaqdan imtina edir»
# 20 yanvar 2010 00:48 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Marqaret Çen bildirib ki, H1N1 kimi tanınan “donuz qripi”nin virusu dəhşətli fəsadlara səbəb olmasa da, insanların bu təhlükəli virusa qarşı peyvənd olunmaq marağının olmaması bütün səhiyyə təşkilatlarını təəccübləndirib.

ÜST-nın İcra Komitəsinin növbəti görüşündə çıxış edən Marqaret Çen, bir çox Avropa dövlətlərində bu virusa qarşı vaksin sifarişlərinin azalmasını insanlarda virusa qarşı peyvənd olunmağa marağın aşağı səviyyədə olması ilə izah edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana da “donuz qripi”nə qarşı 172 min doza vaksin göndərib. Vaksinlərin birinci hissəsi - 90 min doza vaksin yanvarın 8-də, ikinci hissəsi - 82 min doza vaksin isə yanvarın 14-də ölkəyə gətirilib. İndiyə qədər Bakıda 2015 nəfər AH1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR