Bank Of Baku

20 Yanvar faciəsinin 20-ci ildönümü münasibətilə saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut nümayiş etdirilib - FOTO

20 Yanvar faciəsinin 20-ci ildönümü münasibətilə saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut nümayiş etdirilib - <font color=red>FOTO</font>
# 20 yanvar 2010 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu gün 20 yanvar faciəsinin 20-ci ildönümü münasibəti ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində, həmçinin xaricdə yerləşən diplomatik nümayəndəliklərində, xarici sularda üzən gəmilərində bir dəqiqəlik sükut nümayiş etdirilib. APA-nın məlumatına görə, bütün yollarda nəqliyyat vasitələrindən, metro və yerüstü qatarlardan, həmçinin Bakı buxtasına cəlb edilmiş gəmilərdən bir dəqiqə ərzində fit verilib. Sükutla bağlı nəqliyyatın hərəkəti də bir dəqiqə ərzində dayandırılıb, Azərbaycanın dövlət idarələrində, hərbi hissələrdə və diplomatik korpuslarında dövlət bayrağı faciə ilə əlaqədar endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR