Bank Of Baku

Azərbaycanda iş stajı əsasında pensiya alanların müavinəti indeksləşəcək

Azərbaycanda iş stajı əsasında pensiya alanların müavinəti indeksləşəcək
# 20 yanvar 2010 09:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiya hüqununun məbləği, həmçinin fərdi uçot sistemindəki hesablardakı vəsaitlər 2006-2009-cu il üzrə indeksləşdirilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, 2006-cı ilin əvvəlinədək pensiyaya çıxmış vətəndaşların pensiyası müəyyənləşdirilərkən onların iş stajı əvəlcədən müəyyənləşdirilmiş məbləğə - 170 manata vurulacaq və yekun məbləğ həmin şəxsin fərdi hesabına köçürüləcək: «Məsələn, əgər bir insanın 2006-cı ilə qədər 25 il iş stajı varsa, həmin müddətin hər bir ili üçün 170 manat hesablanacaq, sonrakı, 2006-2009-cu illər üçün isə indeksasiya aparılacaq. İndeksasiya isə 2006-2009-cu illərdəki inflyasiya əsasında həyata keçiriləcək və alınan vəsait həmin şəxsin fərdi hesabında 2006-cı ildən sonra toplanmış məbləğlə cəmlənərək onun hesabına yazılır».

S.Müslümov onu da qeyd edib ki, vəfat edən sığorta olunanın ailəsində əmək qabiliyyəti olmayan şəxs varsa, ona ailə başçısının itirilməsinə görə pensiya təyin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR