Bank Of Baku

YUNESKO: Azərbaycanda “Hamı üçün təhsil” – EFA inkişaf indeksi 3 faiz artıb

YUNESKO: Azərbaycanda “Hamı üçün təhsil” – EFA inkişaf indeksi 3 faiz artıb
# 20 yanvar 2010 10:23 (UTC +04:00)
Sənəddə qeyd olunur ki, Azərbaycan artıq EFA məqsədlərinə nail olmuş ölkələr siyahısındadır. Xatırladaq ki, EFA-nın məqsədlərinə universal təhsil, əhalinin savadlılığı, təhsil məsələlərində gender bərabərliyi, təhsili keyfiyyəti kimi meyarlar daxildir. Hesabata əsasən, Azərbaycan ibtidai təhsil alan uşaqların sayını artırmağa nail olub, Latviya, Litva, Moldova kimi ölkələrdə isə bu göstərici 5 faiz azalıb.
Hesabatda qeyd olunur ki, 1999-cu ildən etibarən təhsilə cəlb olunmayan uşaqların sayı 33 milyon nəfər azalıb. YUNESKO-nun baş direktoru İrina Bokova bildirib ki, qlobal maliyyə böhranı uşaqların təhsil hüququnu reallaşdırmağa neqativ təsir göstərəcək. Bu gün dünyada təhsil almaq hüququndan məhrum olan uşaqların sayı 72 milyondan artıqdır.
Hesabatda uşaq və körpə ölümünün səviyyəsi ilə bağlı statistik rəqəmlərə də yer verilib. Sənədə əsasən, Mərkəz və Şərqi Avropada hər min uşaqdan 21 nəfəri, Mərkəzi Asiyada isə hər min uşaqdan 62 nəfəri 5 yaşına çatmamış vəfat edir. Azərbaycan, Tacikistan və Türkmənistanda bu rəqəm hər min nəfərə 80 nəfərdən çox təşkil edir. Sənədə əsasən Azərbaycanda körpə ölümünün səviyyəsi 1000 doğulan uşağa 72 ölüm faktı, uşaq ölümünün səviyyəsi isə 1000 doğulan uşağa 86 ölüm faktı təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR