Bank Of Baku

Naxçıvanda 30 kəhriz bərpa olunaraq istifadəyə verilib

Naxçıvanda 30 kəhriz bərpa olunaraq istifadəyə verilib
# 20 yanvar 2010 13:09 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev-APA Naxçıvan Muxtar Respublikasında (MR) kəhrizlərin bərpası proqramına uyğun olaraq 39 kəhrizdə təmir və bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Naxçıvandakı Ofisindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda 20 kəhrizdə bərpa işləri davam etdirilir.
Naxçıvan MR ərazisində daha 10 kəhriz restavrasiya üçün müəyyənləşdirilib. Layihə çərçivəsində iki yeni kəhrizin qazılması da nəzərdə tutulur.
Təşkilatdan onu da bildiriblər ki, ötən dövr ərzində Naxçıvan Dövlət Universitetində təşkil olunmuş təlimlərdə 31 quyuqazan mütəxəssis hazırlanıb. Kəhrizlərin bərpasına lazım olan beton materiallarının istehsalı muxtar respublikada yaradılan mini sexlərdə aparılır.

Qeyd edək ki, BMqT 1999-cu ildən müxtəlif donor təşkilatların dəstəyi ilə kəhrizlərin bərpası layihəsini həyata keçirir. 2007-ci ilədək muxtar respublikada 29 kəhriz bərpa olunub. Kəhrizlərin bərpası proqramı çərçivəsində muxtar respublika ərazisində ümumilikdə 100-ə qədər kəhrizin bərpası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR