Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyində Türkiyə təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Azərbaycan Təhsil Nazirliyində Türkiyə təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 21 yanvar 2010 10:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Yanvarın 21-də Təhsil Nazirliyində təhsil naziri Misir Mərdanovun dəvəti ilə Bakıda ikigünlük işgüzar səfərdə olan Türkiyənin milli təhsil naziri, xanım Nemət Çubukçunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud protokolların yeniləşdirilməsi, Türkiyədə Azərbaycan tələblərinə uyğun ixtisaslar, xüsusilə tibb sahəsi üzrə kadr hazırlığı imkanlarının genişləndirilməsi, Azərbaycanda təhsil alan türkiyəli, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı məsələlər müzakirə olunub. Təhsil naziri Misir Mərdanov bildirib ki, bu, türkiyəli nazirin Azərbaycana ilk səfəri olduğundan həm də tanışlıq məqsədi daşıyır. M. Mərdanov səfərin nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da güclənəcəyinə əminliyini bildirib.

M. Mərdanov deyib ki, hazırda Türkiyənin ali məktəblərinin müxtəlif pillələrində 517 azərbaycanlı gənc dövlət xətti ilə oxuyur. Onlardan 209 nəfəri bakalavr, 96 nəfəri magistratura, 117 nəfəri doktorantura, 95 nəfəri isə tibdə uzmanlıq proqramları üzrə təhsil alır. 2009-2010-cu tədris ilində Türkiyədə dövlət proqramı ilə təhsil tələbələrin sayı 75 nəfərə çatdırılıb ki, onların da əksəriyyəti tibdə uzmanlıq proqramları üzrə təhsilə yiyələnirlər. Nazirin sözlərinə görə, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini də türkiyəli tələbələr təşkil edir. Azərbaycanın 21 ali məktəbində 4073 Türkiyə vətəndaşı təhsil alır.

Türkiyəli nazir Nemət Çubukçu isə dost və qardaş Azərbaycana səfər etməkdən şərəf duyduğunu deyib: “Tarixən Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Ölkələrimiz arasında olan sıx əməkdaşlıq təhsil sahəsindəki əlaqələrimizin də əsasını təşkil edir. Bu əlaqələri daha da gücləndirməyə çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR