Bank Of Baku

Nemət Çubukçu: “Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində həll edilməmiş məsələlərdən biri tibb və hüquq ixtisası üzrə diplomların tanınması ilə bağlıdır”

Nemət Çubukçu: “Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində həll edilməmiş məsələlərdən biri tibb və hüquq ixtisası üzrə diplomların tanınması ilə bağlıdır”
# 21 yanvar 2010 11:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanla Türkiyə arasında diplomların qarşılıqlı tanınması ilə bağlı sənəd var. Hazırda hər iki ölkə arasında təhsil sahəsində tam həll edilməmiş məsələlərdən biri tibb və hüquq ixtisası üzrə diplomların tanınması ilə bağlıdır. Türkiyə tərəfi bu problemin də yaxın zamanlarda aradan qaldırılması üçün səylərini davam etdirəcək”. APA-nın məlumatına görə, bunu Türkiyənin milli təhsil naziri Nemət Çubukçu Azərbaycan Təhsil Nazirliyində keçirilən görüşdə deyib. O bildirib ki, Azərbaycanda tibb və hüquq ixtisasları üzrə təhsil proqramları Türkiyədəkindən fərqlidir, bu səbəbdən hər iki ixtisas üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər yaranır.

Azərbaycanın təhsil naziri Misir Mərdanov da əlavə edib ki, Azərbaycanda xüsusilə də beynəlxalq hüquq ixtisası beynəlxalq səviyyədə aparılmadığından bu cür ixtisaslar üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər ortaya çıxır: “Bu məsələni həll etmək üçün Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında müvafiq sənəd imzalanıb. Bu məsələdə tələsmək lazım deyil. Mənə elə gəlir ki, bu məsələ tədricən həll olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR