Bank Of Baku

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək
# 21 yanvar 2010 11:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 6-8 dərəcə, axşam 4-6 dərəcə isti olacaq.

Yanvarın 22-də hava şəraitinin tutqun olacağı, arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir nisbətən güclənəcək. Gecə 4-6 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 23-də hava şəraitinin buludlu olacağı proqnozlaşdırılır. Səhər və axşam saatlarında çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub küləyinə keçəcək. Gecə 3-5 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 22-də havanın əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-6 dərəcə, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yanvarın 23-24-də hava gün ərzində əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-5 dərəcə, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən yaxın 3 gün ərzində Abşeron yarımadasında əksər biometeoroloji amillərin mülayim və zəif tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişli hava şəraiti sayıla bilər. Lakin tutqun və rütubətli havanın üstünlüyü meteohəssas insanlarda narahatlıq yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR