Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı ötən il 9% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı ötən il 9% artıb
# 21 yanvar 2010 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 8,6% artaraq 298 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi və tikinti sahələrində orta aylıq əmək haqqı daha yüksək olub.

Ötən ildə sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 439,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 449,8 manat, nəqliyyat işçilərinin əmək haqqı 361,7 manat, rabitə işçilərinin əmək haqqı 432,5 manat olub.

Ötən ilin yanvar-noyabr aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 12 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində, habelə emal sənayesində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 165,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 278,5 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR