Bank Of Baku

Qubadakı kütləvi məzarlığın ətrafında sürüşmənin qarşısını almaq üçün Qudyalçayın məcrası dəyişdirilib

Qubadakı kütləvi məzarlığın ətrafında sürüşmənin qarşısını almaq üçün Qudyalçayın məcrası dəyişdirilib
# 21 yanvar 2010 13:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Qubadakı kütləvi məzarlığın ətrafında sürüşmənin qarşısını almaq üçün Qudyalçayın məcrası dəyişdirilib. Bu barədə APA-ya məzarlıqda aparılan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, Qudyalçayın məzarlığa tərəf axmasının qarşısını almaq üçün texnikanın köməyi ilə çayın yuxarı hissəsində arxlar qazılıb. Bununla da çayın məcrası sağa - məzarlıq tərəfə deyil, sol tərəfə yönləndirilib. Məzarlığa gələn qrunt sularının qarşısını almaq üçün məzarlıq boyunca çəkilmiş arxlar daha da dərinləşdirilib.

Q. Ağayevin sözlərinə görə, havalar qismən istiləşəndə məzarlıq ətrafında bəndin tikilməsinə və evlərin sökülməsinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR