Bank Of Baku

Belçika Senatının fəxri prezidenti "Uşaqların Xöşbəxt Gələcəyi" İctimai Birliyinin rəhbərləri ilə görüşüb - FOTO

 Belçika Senatının fəxri prezidenti "Uşaqların Xöşbəxt Gələcəyi" İctimai Birliyinin rəhbərləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 21 yanvar 2010 16:36 (UTC +04:00)
Bakı-APA. Belçika Senatının fəxri prezidenti Anna Mariya Lizin Bakıda "Uşaqların Xöşbəxt
Gələcəyi" İctimai Birliyinin ofisində təşkilatın rəhbərləri ilə görüşüb. İctimai Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlığın perspesktivləri müzakirə mövzusu olub. "Uşaqların Xöşbəxt Gələcəyi" İctimai Birliyinin təsisçisi Səbinə Mehdiyeva qonağı təşkilatın yaranma məqsədi, həyata keçirdiyi işlər və gələcək planları barədə məlumatlandırıb. S. Mehdiyeva deyib ki, üzərlərinə götürdükləri missiyanın həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın böyük rolu olub.

Anna Mariya Lizin öz fikirlərini bölüşərək məqsədlərinin ümumi olduğunu və bu amilin gələcəkdə birgə əməkdaşlığa yardım göstərəğəyini bildirib.

Qeyd olunub ki, Anna Mariya Lizinin Bakıya bu dəfəki səfəri "Uşaqların Xöşbəxt Gələcəyi" İctimai Birliyinin təşkil etdiyi “İnsan alverinə son qoyaq” kampaniyası çərçivəsində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR