Bank Of Baku

Şamaxı Astrofizika Rəsədxanasının 50 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçiriləcək

Şamaxı Astrofizika Rəsədxanasının 50 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçiriləcək
# 22 yanvar 2010 09:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 50 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rəsədxananın direktoru Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, sentyabrın ikinci yarısında rəsədxananın yerləşdiyi Şamaxı şəhərində beynəlxalq konfrans keçiriləcək, rəsədxananın 50 illik fəaliyyətinin elmi nailiyyətlərini özündə əks etdirən elmi məcmuə buraxılacaq.

Ə. Quliyev bildirib ki, ötən 50 il ərzində rəsədxana tərəfindən 1000-ə yaxın ulduzun spektral xüsusiyyətləri öyrənilib, onlarla qalaktikanın, planetar dumanlıqların fiziki xüsusiyyətləri tədqiq olunub, planetlərin və onların peyklərinin sistematik müşahidələri aparılıb, Günəş sisteminin kiçik cisimlərinin mənbəyi barədə keyfiyyətcə yeni nəzəriyyələr işlənib. Günəş fizikasının ayrı-ayrı problemləri üzrə və Günəş-Yer əlaqələrinin öyrənilməsində maraqlı nəticələr əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR