Bank Of Baku

Azərbaycanda orta pensiyanın məbləği orta əmək haqqının 34%-nə bərabərdir

Azərbaycanda orta pensiyanın məbləği orta əmək haqqının 34%-nə bərabərdir
# 22 yanvar 2010 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1,301 mln. nəfər olub və onların ölkə iqtisadiyyatında məşğul olan əhalinin hər 1 000 nəfərinə düşən sayı 319 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təyin olunmuş aylıq pensiyanın orta məbləği ötən il 100 manatı ötub və orta əmək haqqının 34%-ni təşkil edib.

Bununla yanaşı, cari ilin əvvəlinə 663 min nəfər ünvanlı dövlət sosial yardımı alıb ki, bir nəfərə düşən yardımın məbləği 25 manat olub. Ölkədə 294 min nəfər sosial müavinət, Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 33 min nəfər təqaüd alıb, 12 min şəhid ailəsi, müharibə əlilləri, I və II qrup Çernobıl AES əlilləri və müddətli hərbi xidmət qulluqçularının 23 min uşağına müavinət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR