Bank Of Baku

Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” adlı kitabı işıq üzü görüb

Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” adlı kitabı işıq üzü görüb
# 22 yanvar 2010 12:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” adlı kitabı işıq üzü görüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rus dilində nəşr olunan kitab iki fəsildən ibarətdir. “Psixologiyada yaradıcılığının tədqiqi tarixi” adlanan birinci fəsildə “Yaradıcılığın psixologiyası probleminin tarixi analizinin əsasları”, “Qədim dövrlərdə yaradıcılıq”, “Hind, Çin fəlsəfəsində və antik fəlsəfədə şəxsiyyətin yaradıcı aktivliyi problemi”, “Orta əsrlərdə yaradıcılıq: şəxsiyyətin yaradıcı fəaliyyəti – ərəb fəlsəfənin əsas atributu kimi”, “Qərb psixologiya tarixində yaradıcılıq”, “Sovet psixologiyası və Azərbaycanda yaradıcılıq”, “Yaradıcılıq probleminin inkişaf yolları” adlı bölmələr yer alıb.

“Şəxsiyyətin fenomenologiyası” adlı ikinci fəsildə isə yaradıcılığın paradoksları, şəxsiyyət və onun strukturu, şəxsiyyət azadlığı və tənəzzülü, cəmiyyətin və yaradıcı şəxsiyyətin qarşıdurması, mədəniyyətin psixologiyası və şəxsiyyətin tipologiyası, şəxsiyyətin psixoloji tipləri kimi məsələlərə toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR