Bank Of Baku

Azərbaycanın gənclər siyasəti modeli Qırğızıstanda tətbiq ediləcək

Azərbaycanın gənclər siyasəti modeli Qırğızıstanda tətbiq ediləcək
# 22 yanvar 2010 12:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 3 nəfərdən ibarət nümayəndə heyəti Qırğızıstanın Əmək, Məşğulluq və Miqrasiya Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər müddətində İ. Babayev Qırğızıstan Prezidenti Aparatının məsul əməkdaşları, əmək, məşğulluq və miqrasiya naziri, deputatlar və Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki nümayəndəsi ilə görüşlər keçirib. Görüşlərdə Qırğızıstanla Azərbaycan arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşlər zamanı Qırğızıstanda yeni gənclər siyasəti strategiyasının formalaşdırılmasında Azərbaycanda mövcud olan gənclər siyasəti modelindən istifadə edilməsi razılaşdırılıb.

Qeyd edək ki, bu ilin fevral ayında Qırğızıstanın Əmək, Məşğulluq və Miqrasiya Nazirliyinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR