Bank Of Baku

DSMF: Azərbaycanda sosial sığorta haqları hesabına müavinətlər 2009-cu ildə tam maliyyələşdirilib

DSMF: Azərbaycanda sosial sığorta haqları hesabına müavinətlər 2009-cu ildə tam maliyyələşdirilib
# 22 yanvar 2010 12:37 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Ötən il ərzində Azərbaycanda sosial sığorta haqları hesabına müavinətlər tam həcmdə maliyyələşdirilib. Dövlət Sosial Müdafiə Fondu ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, 2009-cu il ərzində Fondun büdcəsi çərşivəsində respublikanın şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) əhaliyə sosial sığorta haqları hesabına proqnozla nəzərdə tutulan 45,8 mln. manata qarşı, faktiki 44,7 mln. manat müavinət ödənilib. Bunun 14,4 mln. manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,7 mln. manatı hamiləliyə və doğuma görə, 1,3 mln. manatı uşağın anadan olmasına görə, 4,1 mln. manatı 3 yaşadək uşağa qulluğa görə, 8 mln. manatı dəfnə görə, 200 min manatı digər müavinətlərdir.

Bundan əlavə Fondun büdcəsindən proqnozla nəzərdə tutulan 3,92 mln. manata qarşı, 3,92 mln. manat vəsait işsizlik müavinətinin ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinə köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR