Bank Of Baku

Azərbaycanın elmi tədqiqat təşkilatlarında 18 min mütəxəssis çalışır

Azərbaycanın elmi tədqiqat təşkilatlarında 18 min mütəxəssis çalışır
# 22 yanvar 2010 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlinə Azərbaycanda 146 elmi təşkilat və müəssisə, o cumlədən 97 elmi-tədqiqat təşkilatı, 35 ali məktəb, 8 elm və elmi xidmət sahəsinin sair təşkilatları və 6 konstruktor təşkilatı fəaliyyət göstərir.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 18 min mütəxəssis məşğul olur, onların da 62%-i tədqiqatçılardır. Mütəxəssislərin hər 4 nəfərindən birinin elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali məktəblərdə çalışan 12 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsinə malikdirlər.

Qeyd edək ki, 2010-cu ilin əvvəlinə Milli Elmlər Akademiyasının 62 akademiki və 111 müxbir üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR