Bank Of Baku

Yaponiya hökumətinin dəstəyi ilə Fizuli rayonu Böyük Bəhmənli kəndində içməli su təchizatı vasitələrinin tikintisi və suvarma kanalı yaxşılaşdırılıb

Yaponiya hökumətinin dəstəyi ilə Fizuli rayonu Böyük Bəhmənli kəndində  içməli su təchizatı vasitələrinin tikintisi və suvarma kanalı yaxşılaşdırılıb
# 22 yanvar 2010 15:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Fizuli rayonu Böyük Bəhmənli kəndində içməli su təchizatı vasitələrinin tikintisi və suvarma kanalının yaxşılaşdırılması layihəsi” başa çatıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, yanvarın 27-də layihənin bitməsi ilə bağlı səfirliyin müşaviri Toşikazu Mutonun iştirakı ilə, Böyük Bəhmənlidə açılış mərasimi keçiriləcək.

Bu layihə üzrə qrant müqaviləsi Yaponiya Səfirliyi və “PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi arasında 9 oktyabr 2009-cu ildə imzalanıb. Layihənin əsas məqsədi Böyük Bəhmənli kəndində su təsərrüfatının şəraitini yaxşılaşdırmaqdır.
Layihədən 6264 insan birbaşa faydalanacaq. Layihənin ümumi dəyəri isə 97,000 ABŞ dollarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR