Bank Of Baku

Naxçıvan ərazisində hava kəskin soyuyacaq, yollar buz bağlayacaq

Naxçıvan ərazisində hava kəskin soyuyacaq, yollar buz bağlayacaq
# 23 yanvar 2010 07:44 (UTC +04:00)
MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, yanvarın 24-dən 27-dək MR ərazisində havanın temperaturu 7-10 dərəcə düşəcək.

Bölgədə 18-27 metr sürətlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti bəzi yerlərdə saniyədə 28-33 metrə çatacaq. Fasilələrlə yağış, sulu qar və qar yağacaq.

Hidrometeorologiya İdarəsi üç gün ərzində şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən avtomobil sürücülərini nəqliyyatdan istifadə edərkən diqqətli olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR