Bank Of Baku

Azərbaycan və Rusiya ali təhsil sahəsində əməkdaşlığı dərinləşdirir

Azərbaycan və Rusiya ali təhsil sahəsində əməkdaşlığı dərinləşdirir
# 23 yanvar 2010 13:22 (UTC +04:00)
A.Torkunovun APA-ya verdiyi məlumata görə, 2007-ci ildə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair saziş imzalanıb və ikitərəfli münasibətlər aktiv şəkildə inkişaf etdirilir: «Bizim professorlar, müəllimlər burada bir neçə dəfə olub, müxtəlif mühazirələr oxuyublar, aspirantlarımız isə – gənc müəllimlər yay məktəblərinin işində iştirak ediblər. Lakin bu gün biz mahiyyətcə yeni əməkdaşlıq istiqamətlərinə dair – birgə magistraturaların yaradılması ilə bağlı razılığa gəlmişik».

Rusiyalı alimin fikrincə, Azərbaycan Diplomatiya Akademiyasında yüksək səviyyəli müəllimlər çalışır: «Bu səbəbdən, hesab edir ki, biz birgə proqramların hazırlanması istiqamətində əməkdaşlıq etməliyik. Bir neçə birgə magistr proqramı hazırlamağı planlaşdırırıq. Yəni, təhsil müddəti bitdikdə, magistrə iki – həm Moskva İnstitutu, həm də Diplomatiya Akademiyasının diplomu veriləcək. Bundan başqa, tədqiqat sahəsində əməkdaşlığa dair razılığa gəlmişik və bu istiqamətdə bir sıra konfrans keçirməyi planlaşdırırıq».

«Bizim əlaqələr strateji tərəfdaşlıq münasibətləri səviyyəsindədir. Hesab edirəm ki, bütün nəzərdə tutduğumuz və planlaşdırdığımız məsələləri həyata keçirə biləcəyik, çünki həm bizim, həm də Akademiya tərəfinin nəinki buna razılığını, əməkdaşlıq üçün tam açıq olduğunu görürəm», - deyə A.Torkunov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR