Bank Of Baku

Şirvan sakinləri işıq problemli ilə bağlı millət vəkilinə şikayət ediblər

Şirvan sakinləri işıq problemli ilə bağlı millət vəkilinə şikayət ediblər
# 23 yanvar 2010 14:26 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Şirvan şəhərinin sakinləri elektrik enerjisi problemləri ilə bağlı şəhərdən millət vəkili seçilmiş Azay Quliyevlə görüşüblər.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhər sakinləri Şirvan bələdiyyəsi və «Azərenerji» ASC-nin yerli qurumlarının biganəliyindən şikayətləniblər. Belə ki, 2005-2009-cu illərdə 607 nəfərə verilən 21-ci massiv ərazisində artıq 45 gündür elektrik enerjisinin verilməsi dayandırılıb. Məsələ ilə əlaqədar A.Quliyev şəhərin 21-ci massivin sakinlərlə görüşüb, əlaqədar təşkilatlarla əlaqə saxlayaraq problemi həll etmək üçün tədbirlər görüb. Millət vəkili sakinlərə məsələni qısa zaman ərzində həll ediləcəyinə söz verib.

Qeyd edək ki, adı çəkilən massivə elektrik enerjisinin verilməsi kütləvi şəkildə dayandırılıb və bildirilib ki, əraziyə elektrik enerjisi Şirvan bələdiyyəsi və ya sakinlərin vəsaiti hesabına çəkilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR