Bank Of Baku

Azərbaycanın komitə sədri Küveytdə səfərdədir

Azərbaycanın komitə sədri Küveytdə səfərdədir
# 25 yanvar 2010 07:26 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Küveytdə səfərdədir. APA-nın Küveyt mətbuatına istinadən verdiyi xəbərə görə, Hicran Hüseynova səfər zamanı bu ölkənin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Lətifə Əlfəth Əlsalim Əlsabahla görüşəcək, əməkdaşlığa dair müzakirələr aparacaq.

Yanvar ayının 26-da Küveyt Xarici İşlər Nazirliyində iki dövlətin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələri arasında ilk dəfə olaraq əməkdaşlığa dair anlaşma sənədi imzalanacaq.

Azərbaycan tərəfdən sənədi H. Hüseynova, Küveyt tərəfdən isə Lətifə Əlfəth Əlsalim Əlsabah imzalayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR