Bank Of Baku

“Ümumvəhdət fəlsəfəsi və müasir elm” mövzusunda elmi-nəzəri seminar keçirilir

“Ümumvəhdət fəlsəfəsi və müasir elm” mövzusunda elmi-nəzəri seminar keçirilir
# 30 mart 2010 11:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Ümumvəhdət fəlsəfəsi və müasir elm” mövzusunda elmi-nəzəri seminar başlayıb. APA-nın məlumatına görə, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə təşkil etdiyi seminar iki gün davam edəcək.

AMEA prezidenti Mahmud Kərimov bildirib ki, son zamanlar elmin sərhədləri ilə bağlı geniş diskussiyalar aparılır: “Dünyanın dərk edilməsi üçün klassik elm kifayətdirmi? Bu suala cavab vermək üçün fəlsəfədə yeni yanaşmalar tələb olunur. Keçirilən seminarın da məqsədi məhz filosoflarla təbiətşünas alimlərin fikirlərini ümumiləşdirməkdir”.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə deyib ki, keçid dövrünü başa vuran və inkişaf etməkdə olan Azərbaycan qloballaşan dünyanın bir parçası olmağa çalışır. E. Babayev seminarın əsas məqsədinin müştərək imkan və səylərdən istifadə edərək gələcək tədqiqatlar üçün fəlsəfi metodologiyalar axtarmaq olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR