Bank Of Baku

TQDK aprelin 4-də Azərbaycanın 18 şəhərində sınaq imtahanı keçirəcək

TQDK aprelin 4-də Azərbaycanın 18 şəhərində sınaq imtahanı keçirəcək
# 01 aprel 2010 08:07 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 4-dən başlayaraq abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında baş tutacaq. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılmış və 31538 abituriyent qeydiyyatdan keçib.

İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.
Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək.

Növbəti sınaq imtahanı isə aprelin 11-də keçiriləcək və hazırda həmin imtahanına yazılış davam edir. Qeyd edək ki, aprel ayının 4 və 11-də sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.
Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR