Bank Of Baku

“Cəmiyyətdə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasında KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib

“Cəmiyyətdə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasında KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib
# 01 aprel 2010 10:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Cəmiyyətdə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasında KİV-in rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, tədbirin əsas məqsədi qadın problemlərinin və gender məsələlərinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılmasında, cəmiyyətdə yaranmış stereotiplərin aradan qaldırılmasında və əhali arasında maarifləndirmə təbirlərinin həyata keçirilməsində KİV-in imkanlarından səmərəli istifadə edilməsinə nail olmaqdır. H. Hüseynova rəhbərlik etdiyi qurum tərəfindən ailə, qadın mövzusunda yazan jurnalistlər üçün treninqlərin təşkil ediləcəyini deyib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev isə bəyan edib ki, Azərbaycanda insan hüquq və azadlıqları, onun tərkib hissəsi olan gender bərabərliyi dövlətin əsas prioritet istiqamətlərindəndir: “Lakin təəssüf ki, gender bərabərliyi ilə bağlı problemlər hələ də özünü büruzə verir. Bu problemi Azərbaycanda tam həll olunmuş saymaq olmaz. Təəssüf ki, bu gün KİV gender problemlərinə dair maarifləndirmə işi aparılmasında öz potensialından tam istifadə edə bilmir. QHT-lərin İnkişafına Dövlət Dəstəyi Fondu ötən il ailə, qadın problemləri ilə bağlı onlarla layihəni maliyyələşdirib, bu il isə 20 layihə bu istiqamətdə maliyyələşdiriləcək”.

Tədbirdə AzərTac-ın əməkdaşı Elmira Əliyevanın “Vremya, sobıtiya, lyudi” kitabının təqdimatı keçirilib. Azərbaycan qadınlarının Böyük Vətən Müharibəsində ön və arxa cəbhədə qələbənin qazanılmasındakı roluna həsr edilmiş oçerk və məqalələrə görə yazıçı və jurnalistlərin müsabiqəsi elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR