Bank Of Baku

TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar yekunlaşıb

TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar yekunlaşıb
# 01 aprel 2010 10:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar 2009-2010-cu tədris ili üçün öz işini başa çatdırıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2009-cu ilin oktyabr ayından etibarən seminarlarda AMEA-nın əməkdaşları, 2000-dək orta və ali məktəb müəllimi, müstəqil ekspertlər, tanınmış alimlər, mütəxəssislər iştirak edib. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Gəncə, Şəki, Quba və Ağstafa şəhərlərində Azərbaycan dili, riyaziyyat, fizika və tarix fənləri üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə seminarlar keçirilib və internet proqramlarının tətbiqi sayəsində TQDK ilə canlı videobağlantılar təşkil edilib. 2010-cu ilin qəbul imtahanları üçün nəzərdə tutulmuş qəbul proqramları ilə bağlı geniş müzakirələr keçirilib. Ayrı-ayrı fənlər üzrə qəbul proqramları, imtahanlara hazırlığın optimal üsullarına dair metodiki tövsiyələr, dərsliklərdə səthi və natamam verilən, həmçinin məktəb proqramlarında olub dərsliklərdə şərhini tapmayan mövzularla bağlı məqalələr, fənn proqramlarının çətin mövzularına aid mütəxəssis şərhləri, siniflər üzrə test topluları, model testlər hazırlanıb.
2009-cu ildə keçirilmiş bütün ixtisas qrupları üzrə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki və statistik təhlili aparılıb və bunun əsasında 2010-сu il qəbul imtahanları üçün yeni test modelləri hazırlanıb. Yeni test modellərində daha çox məntiqi düşüncəyə və nəzəri biliklərin tətbiqinə əsaslanan, hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, səbəb və nəticə əlaqələri əsasında qurulmuş ümumiləşmə və izahat tipli tapşırıqlara üstünlük verilib.
2009-cu ildə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələr hazırlanıb və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunması nəzərdə tutulur. Seminarlarda TQDK-da siniflər üzrə orta məktəb dərsliklərinə, tədris proqramlarına tam uyğun olaraq hazırlanmış test topluları da təkmilləşdirilib. Testologiya ilə bağlı mühazirələr təşkil edilib, test tərtibi metodikası üzrə treninqlər aparılıb və yeni tipli test tapşırıqlarının hazırlanmasına dair standartlar üzərində işlər yekunlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR