Bank Of Baku

Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib
# 01 aprel 2010 13:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi (GİN) gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə nazirliyin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarına və “Gənclər siyasəti haqqında” qanunun 2-ci fəslinin 10-cu maddəsinə əsasən elan olunub. Müsabiqə dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrədir : gənclər arasında ekoloji maarifləndirmənin aparılması; gənclər arasında İnformasiya texnologiyalarından düzgün faydalanmanın təbliği; gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi; gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi; gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi; gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi; gənclər sahəsi üzrə qeyri-formal təhsil proqramlarının yaradılması; gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş; gənclər üçün sosial xidmətlərin göstərilməsi; gənclər arasında sağlam həyat tərzinin təbliği.
Layihələr aprel ayının 1-dən 30-dək nazirliyin Ekspert–Məsləhət Şurasına yazılı şəkildə təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR