Bank Of Baku

Təhsil Nazirliyi Azərbaycanın 18 rayonunda mərkəzləşmiş yoxlama imtahanları keçirəcək

Təhsil Nazirliyi Azərbaycanın 18 rayonunda mərkəzləşmiş yoxlama imtahanları keçirəcək
# 01 aprel 2010 15:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Təhsil Nazirliyi (TN) Azərbaycanın 18 rayonunda mərkəzləşmiş yoxlama imtahanları keçirəcək. TN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində, aprelin 4-də isə həmin bölgələrin IX siniflərində mərkəzləşdirilmiş qaydada yoxlama imtahanları keçiriləcək.

XI siniflər üzrə 53 imtahan mərkəzində 17221, IX siniflər üzrə 56 imtahan mərkəzində 26457 şagird imtahan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR