Kəlbəcərin sərvətləri 17 ildir işğalçılar tərəfindən talan edilir
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 kubmetr/gün) işğal ərazisində yerləşir.
Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını), onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.
Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Onun ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79000 hektar əkin sahəsi suvarılırdı. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90%-ni qəsdən, su lazım olmayan vaxtlarda, xüsusi ilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15%-ni buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.
Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqlarına malikdir.
1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə, rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli balıq növləri olan çayların ətrafında yerləşmiş 13471 hektar qoruq meşələri, 15531 hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli meşə, 274 hektar yaşıllıq, 80 hektar meşə-park zonası var idi.
Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 m hündürlükdə bitən Ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi Ayıfındığı ağacının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.
Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir.
Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər üçün xarakterik fauna növləridir.
Sosial
DTX rəisinin müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllində Ermənistanla əməkdaşlığa hazırdır
Şərafət Həsənov: İşğaldan azad olunmuş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb
Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Xəbər Lenti
"Fitch": Brent nefti ilin sonunadək 70 dollara enəcək
Nazir: Tamştatlı 20 min müəllim sertifikatlaşdırmada iştirak etməyəcək
Azərbaycanda 14 mindən çox müəllim 1500–2000 manat əməkhaqqı alır
Nazir sertifikasiyada sualların çətin olması ilə bağlı iddialara münasibət bildirib
Azərbaycan və Ermənistan vətəndaşlarına itkinlər, dəfn yerlərinə dair konfidensial məlumat verilməsinə imkan yaradılacaq
Emin Əmrullayev: MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51-dir
DTX rəisinin müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllində Ermənistanla əməkdaşlığa hazırdır
91 mindən çox müəllim sertifikatlaşdırmada uğur qazanıb, 9 334 nəfərin əmək müqaviləsinə xitam verilib
Rəis müavini: Şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailəsinə təhvil veriləcək
Nazir: Bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
Komissiya: Azərbaycan itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirir
Şərafət Həsənov: İşğaldan azad olunmuş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb
Azərbaycana qarşı hərbi təcavüz nəticəsində indiyədək 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir
Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
BEA: Ölkələr enerji səmərəliliyinin artırılması üzrə tədbirləri gücləndirəcək
Monakoda törədilən partlayışda ukraynalı biznesmen və ailə üzvləri ağır yaralanıb - YENİLƏNİB
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri
Niderlandın penalti kabusu davam edib - 3 mundialdır eyni aqibət
Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Neft qiymətləri əvvəlki ticarət sessiyasındakı artımdan sonra enir
Paytaxtın iki rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
“Bitcoin” növbəti dəfə 60 min dollardan aşağı ticarət olunub
DÇ-2026: Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxıb
Tramp ABŞ-da yanacağın qiymətlərinin aşağı salınmasını tələb edib
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb