Bank Of Baku

Misir Mərdanov: “Yeni dərs ilinə qədər Moskva Açıq Universitetinin filialı ilə bağlı qəti qərar veriləcək”

Misir Mərdanov: “Yeni dərs ilinə qədər Moskva Açıq Universitetinin filialı ilə bağlı qəti qərar veriləcək”
# 02 aprel 2010 10:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov rəhbərlik etdiyi qurumun Moskva Açıq Universitetinin Bakı filialının qanunsuz fəaliyyətinə şərait yaratması ilə bağlı ilə ittihamlara cavab verib. APA-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə 100-ə yaxın qeyri-qanuni fəaliyyət göstərən universitet olub, 1998-ci ildə Heydər Əliyevin tapşırığından sonra qanunsuz fəaliyyət göstərən universitetlərlə mübarizə gücləndirilib: “Qısa müddət ərzində qanunsuz fəaliyyət göstərən universitetlərin sayını minimuma endirdik. 2000-ci ilin əvvəllərində bu universitetlərin sayı 20-yə yaxın idi. 2005-ci ildə isə nazirlik bütün xarici ölkə universitetlərinin filiallarının ləğvi ilə bağlı qərar çıxarıb. Sonradan məlum oldu ki, bizim qərarla bu filialları ləğv etmək mümkün deyil. Bunun üçün gərək məhkəməyə müraciət olunsun. İl yarım ərzində uzun məhkəmə çəkişmələri nəticəsində biz bu filialların hamısının fəaliyyətinin dayandırılması haqqında qərar ala bildik. Yalnız Moskva Açıq Universiteti haqqında müraciətimiz Ali Məhkəmə tərəfindən rədd edildi”.

M. Mərdanovun sözlərinə görə, Ali Məhkəmə qərarını bu filialın Azərbaycan və Rusiya hökumətləri arasında imzalanan sənəd əsasında yaradılması ilə əsaslandırıb: “Bu günə qədər bu filial öz fəaliyyətini davam etdirir. Filial dövlət ali məktəbləri sırasına daxil deyil və işində müəyyən problemlər var. Bu barədə filialın rəhbərliyinə rəsmi məktub göndərmişik. Güman edirəm ki, yeni dərs ilinə qədər bu filialla bağlı qəti qərar veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR