Bank Of Baku

ANAMA-nın baş direktoru: “10 il ərzində Azərbaycanın 126 milyon kvadratmetr ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib”

ANAMA-nın baş direktoru: “10 il ərzində Azərbaycanın 126 milyon kvadratmetr ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib”
# 02 aprel 2010 10:14 (UTC +04:00)
ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, Azərbaycan artıq 10 ildir humanitar mina təmizləmə fəaliyyətini həyata keçirir. Onun sözlərinə görə, 10 il ərzində ANAMA tərəfindən 126 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib. 600 minə yaxın mina və PHS tapılaraq zərərsizləşdirilib. Hazırda əməliyyatlar 10 rayon üzrə davam edir.
N. İsmayılov bildirib ki, qeyd olunan 10 rayon üzrə mina və PHS təmizlənməsi işlərini tam olaraq 2013-cü ilə yekunlaşdırmaq planlaşdırılır: “Amma bu qısa strategiyadır. Milli potensialı hazırlamağı və işğal olunan ərazilər azad olunandan sonra dərhal təmizləmə əməliyyatlarına başlamağı qarşıya əsas məqsəd qoymuşuq. Bunun üçün xüsusi mina təmizləyən robot maşınlar, itlər alınır. Ərazilər azad olunandan sonra təmizlənmə aparmaq üçün dəfələrə artıq potensial lazım olacaq”.

Baş direktorun sözlərinə görə, işğal oluna əraziləri minalardan təmizləmək üçün ən azı 8-12 il vaxt lazım olacaq.

Güzdəkdə yerləşən, vaxtilə sovet ordusuna məxsus olmuş partladılmış hərbi baza ərazisində aparılan təmizləmə işləri barədə məlumat verən N. İsmayılov deyib ki, ANAMA bu anbarda indiyədək rastlaşmadığı xüsusi təyinatlı sursatlar, o cümlədə maqnit minalar, c4 partlayıcıları aşkarlayıb. Baza təmizlənməsinə ötən ilin iyun ayında başlandığını qeyd edən baş direktor bu prosesin daha iki il davam edəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR