Bank Of Baku

Abel Məhərrəmov: “Əminəm ki, ilk növbədə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək”

Abel Məhərrəmov: “Əminəm ki, ilk növbədə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək”
# 02 aprel 2010 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Yataqxanalardan məcburi köçkünlərin çıxarılması üçün vəsait ayrılıb. Bu proses tədricən baş verəcək. Mən əminəm ki, ilk növbədə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib. Onun sözlərinə görə, BDU-nun yataqxanalarının 99 faizində məcburi köçkünlər yaşayır: “Universitet yataqxanalarında tələbələrdən demək olar ki, heç kim qalmır. Buna görə də biz çox xahiş etmişik ki, yataqxanaların köçürülməsinə bizim universitetdən başlasınlar. Belə bir plan da var. Yaxın vaxtlarda bu işə başlanılacaq”.

A. Məhərrəmov bildirib ki, hazırda BDU-nun yataqxanalarının 9 korpusunun hamısında 5 minə yaxın məcburi köçkün ailəsi yaşayır: “Hazırda Bakı Dövlət Universitetində 1500-ə yaxın xarici ölkə vətəndaşı təhsil alır. Bu, ötən illərə nisbətən çox böyük rəqəmdir. Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrin 50 faizi bizim universitetin payına düşür. Universitetdə məcburi köçkünlərin məskunlaşması BDU-nun reytinqinə, əcnəbi tələbələrin daha çox cəlbinə zərər verir. Ona görə də biz yataqxanalarımızın boşaldılmasında ictimaiyyətdən daha çox maraqlıyıq. Bu binalar artıq öz istismar müddətini başa çatdırıb. Bu binaların artıq 65 yaşı var. Binalardan istismar müddətində qeyri-mütənasib istifadə ediblər, mərtəbələrə su axıdıblar, kanalizasiya sistemi normal işləməyib. Ona görə də biz fikirləşirik ki, bu vəziyyətdə həmin binaları təmir edək, yoxsa onları sökək. Yəqin bununla bağlı da dövlət müvafiq qərar qəbul edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR