Bank Of Baku

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Təhsil Nazirliyində kollegiya iclası keçirilib
# 02 aprel 2010 11:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, iclasın əsas müzakirə mövzusu əcnəbi tələbələrin təlim-tədris prosesinin təkmilləşdirilməsi, ali məktəblərdə təhsil alan əcnəbilərin cəmiyyətə inteqrasiyası, əcnəbi tələbələr üçün ali məktəblərdə fəaliyyət göstərən hazırlıq fakültələri, mərkəzləri və şöbələrinin maddi-texniki bazalarının təkmilləşdirilməsindən ibarətdir.

M. Mərdanov deyib ki, əcnəbi vətəndaşlar Azərbaycan ali məktəblərində bakalavr, magistratura, aspirantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla təhsil alırlar: “Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 50-yə yaxın ölkədən 7 minə yaxın əcnəbi tələbə təhsil alır. 2005-2006-cı il tədris ilində Azərbaycanın ali məktəblərində 45-dək ölkədən 4500-ə, 2006-2007-ci tədris ilində 48 ölkədən 5500-ə, 2007-2008-ci tədris ilində isə 6500-ə yaxın tələbə təhsil alıb. Bu rəqəm ilbəil artmaqdadır. Əgər bizim ali məktəblərin yataqxanaları məcburi köçkünlər tərəfindən tutulmasaydı, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı daha çox ola bilərdi. Azərbaycan prezidenti xüsusi sərəncamla ali məktəblərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi üçün sahə ayrılmasını və onlar üçün ev tikilməsini tapşırıb. Yəqin ki, ilin sonunadək bu istiqamətdə müəyyən irəliləyiş olacaq, bizim ali məktəblərin yataqxanaları boşalacaq, təmir olunacaq və bu yolla Azərbaycanda təhsil alan tələbələrin sayı artacaq”.

M. Mərdanovun sözlərinə görə, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində daha çox əcnəbi tələbə təhsil alır. İlk üç yeri Türkiyə, İran və Çindən olan tələbələr tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR