Bank Of Baku

İmişlidəki uşaq bağçası güclü yağışdan sonra qəzalı vəziyyətə düşüb - FOTO

İmişlidəki uşaq bağçası güclü  yağışdan  sonra qəzalı vəziyyətə düşüb - <font color=red>FOTO</font>
# 02 aprel 2010 12:20 (UTC +04:00)
İmişli. Əlibəy Zeynallı-APA. İmişlidəki 4 saylı uşaq bağçası güclü yağışdan sonra qəzalı vəziyyətə düşüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna bağçanın müdiri Valentina Əlibəyova məlumat verib. Onun bildirdiyinə görə, yağan güclü yağışdan sonra qəzalı vəziyyətə düşən uşaq bağçasına aprelin 1-də rayonun məsul vəzifəli şəxsləri də baş çəkib, akt tərtib ediblər. 63 uşağın tərbiyə aldığı bağça binasının damının bir neçə yerdən damması, divarlarda yeni çatların əmələ gəlməsi ciddi təhlükə yaradıb. Ona görə də uşaq bağçasının fəaliyyətinin dayandırılmasına qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR