Bank Of Baku

Türkiyənin İzmir vilayətində Heydər Əliyev Xiyabanının salınmasına başlanılıb

Türkiyənin İzmir vilayətində Heydər Əliyev Xiyabanının salınmasına başlanılıb
# 02 aprel 2010 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «SOCAR-Turcas» Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin idarəçiliyində olan Türkiyənin ən böyük neft-kimya kompleksi olan «Petkim» Holdinqi İzmir vilayətinin Foca qəsəbəsi ətrafında Heydər Əliyevin adını daşıyacaq «Dostluq və Xatirə» xiyabanının salınmasına başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, 7,5 hektarlıq bu sahədə əvvəllər meşə olub, lakin baş vermiş yanğın nəticəsində ərazi ciddi ziyan çəkib.

Qeyd edək ki, «Petkim»lə Ege Orman Vəqfi arasında burada xiyaban salınması haqda protokol 2009-cu il oktyabrın 19-da imzalanıb. Bu ilin mart ayının 31-də «Petkim»in işçiləri Heydər Əliyev Xiyabanında genişmiqyaslı ağacəkmə kampaniyası keçiriblər. Aksiya zamanı ümumilikdə 11 min ağac əkilib, bərpa və abadlıq işləri həyata keçirilib. Tədbirdə «Petkim» şirkəti İdarə Heyətinin üzvləri, ARDNŞ-in Türkiyədəki nümayəndəliyinin rəhbərləri, İzmir və Əliağa bölgələrinin qaymakam və bələdiyyə başqanları, habelə Ege Orman Vəqfinin və region ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR