Bank Of Baku

Əli Həsənov Ağdama səfər edərək bir neçə gün əvvəl məcburi köçkünlərin keçirdiyi etiraz aksiyasının səbəbləri ilə maraqlanıb

Əli Həsənov Ağdama səfər edərək bir neçə gün əvvəl məcburi köçkünlərin keçirdiyi etiraz aksiyasının səbəbləri ilə maraqlanıb
# 02 aprel 2010 13:15 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdamda səfərdə olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, komitə sədri rayonda mövcud olan köçkün qəsəbələrinin vəziyyətinə diqqət yetirib. Əli Həsənov “Dördyol-2” qəsəbəsində bir neçə gün əvvəl məcburi köçkünlərin keçirdiyi etiraz aksiyasının səbəbləri ilə maraqlanıb, ev probleminin olduğunu iddia edən bir kəlbəcərli köçkün ailəsini qəbul edib. Görüşdə Kəlbəcər və Ağdam Rayon İcra Hakimiyyəti Aparatlarının başçıları da iştirak edib. Sonda Əli Həsənov Ağdam və Yevlax rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbələrin inşasına başlanacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR