Bank Of Baku

“Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda dəyirmi masa keçirilib

“Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda dəyirmi masa keçirilib
# 02 aprel 2010 13:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetinin (ADU), Təhsil Nazirliyinin və Mətbuat Şurasının təşkilatçılığı ilə “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda dəyirmi masa keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin bir illik, “Poliqlot” qəzetinin 10 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunub.

ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova təmsil etdiyi ali təhsil müəssisəsi tərəfindən mətbuat xidmətinə göstərilən diqqət, sərbəstlik, verilən səlahiyyətlərin ümumilikdə mediaya göstərilən qayğı və dəstək olduğunu vurğulayıb: “Bu gün ali təhsil ocaqlarında mətbuat xidməti strukturunun fəaliyyətinin səmərəli olması üçün bu amillər mühüm faktorlardır. Məhz bunun nəticəsidir ki, təhsil naziri Misir Mərdanov ADU mətbuat xidmətinə təşəkkür məktubu ünvanlayıb”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə mətbuat xidmətinin hər bir qurumun imicinin formalaşmasındakı rolundan, vəzifələrindən, məlumatın KİV-ə ötürülməsi qaydalarından, bu sahədə çalışan insanların jurnalistika və media sahəsində biliklərinin olmasının vacibliyindən danışıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, mətbuat tələbələr üçün hər zaman açıq olmalı və onların peşəkarlıqlarının artırılmasına dəstək verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR