Bank Of Baku

Özbəkistanda fiziki şəxslərə tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilib

Özbəkistanda fiziki şəxslərə tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilib
# 10 may 2010 09:18 (UTC +04:00)
Bakı - APA. Özbəkistanda fiziki şəxslərə tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilib. APA-nın “Regnum”a istinadən məlumatına görə, müvafiq qanun layihəsi ölkə parlamentinin yuxarı palatası (Senat) tərəfindən qəbul edilib.

“Vətəndaşların sağlamlığının qorunması haqqında” qanun layihəsi adlı sənədi parlamentin aşağı palatası 2009-cu ilin sonunda qəbul edib. Layihəni şərh edən Senatın üzvü Yelena Borisova bildirib ki, 2009-cu ildə aparılan yoxlamalar nəticəsində fərdi həkimliklə məşğul olan şəxslərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Onların əksəriyyətinin sanitariya qaydalarına, alətlərin sterilizasiyası və istifadə olunmuş alətlərin məhv edilməsi tələblərinə riayət etmədiyi bəlli olub.

Qeyd edək ki, mayın əvvəlində Özbəkistan prezidenti İslam Kərimov özəl notariusların fəaliyyətini qadağan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR