Bank Of Baku

Balakəndə yeni çoxtəbəqəli kurqan aşkarlanıb

Balakəndə yeni çoxtəbəqəli kurqan aşkarlanıb
# 10 may 2010 09:29 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda yeni kurqan aşkar edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elimlər Akademiyasının(AMEA) Tarix İnistitunun əməkdaşı Akif Məmmədli məlumat verib. Onun sözlərinə görə, Balakən rayonunun Qazma kəndi ərazisində bu günə kimi məlum olmamış və qeydiyyata alınmamış eni və uzunu 22 metr, hündürlüyü 3 metr olan kurqan aşkarlanıb. Yerli sakinlərin köməyi ilə aşkarlanan kurqanda bir neçə dəfə kortəbii qazıntı işlərinin aparıldığı hiss olunsa da, əsaslı qazıntı aparılmayıb. Yeni aşkarlanan kurqanın araşdırılması bölgənin tarixi, bötövlükdə Azərbaycanın tarıxi üçün çox əhəmiyyətli bir səhifə ola bilər deyə vurğulayan tarixçi A. Məmmədli yeni aşkarlanan kurqan barədə AMEA-nın Tarix, Arxeologiya və Etoqrafiya İnistituna məlumat verdiyini bildirib. Bölgənin tarixi üçün 2-3 min illik tarixi üzə çıxara biləcək kurqanın çox təbəqəli olduğu ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR