Bank Of Baku

16 saylı cəzaçəkmə müəssisəsində Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbir keçirilib

16 saylı cəzaçəkmə müəssisəsində Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbir keçirilib
# 10 may 2010 10:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbirlər davam etdirilib. APA-nın məlumatına görə, bu gün xidmətin 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə müəssisənin rəisi Məmməd Mahmudov, tərbiyəvi işlər üzrə rəis müavini Rasim Bayramov Heydər Əliyevin müasir Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindəki əməyindən danışıblar.

Tədbirdə həmçinin məhbus-şair Rahim Tənhanın “Çalış ki, məhbəsə düşmə heç zaman” adlı şerlər kitabının təqdimat mərasimi də keçirilib.

Kitabın redaktoru Məleykə Göyçəli bildirilib ki, dövlətin yaratdığı imkan sayəsində R. Tənhanın ikinci kitabı işıq üzü görüb. M. Göyçəlinin sözlərinə görə, cəzaçəkmə müəssisəsində ədəbi nəşrlərin təqdimatının keçirilməsi Azərbaycanda insan haqlarına hörmət kimi dəyərləndirilməlidir.

Tədbirdən sonra məhbuslar üçün konsert proqramı təşkil edilib və məhbus-şair Rahim Tənhanın şerləri oxunub.

Qeyd edək ki, məhbus şairin kitabı “Əsrin ziyalıları” ictimai birliyinin dəstəyi ilə nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR