Bank Of Baku

Qələbənin 65 illik yubileyi Xəzər dənizində atəşfəşanlıqla qeyd olunub - FOTOSESSİYA

Qələbənin 65 illik yubileyi Xəzər dənizində atəşfəşanlıqla qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 10 may 2010 10:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mayın 9-da Qələbənin 65 illik yubileyi münasibətilə ilk dəfə olaraq Xəzər dənizində “General Əsədov” gəmisində 6 saatlıq gəzinti turu təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə MDB ölkələrindən, ölkəmizin veteranlarından və veteran ailələrinin nümayəndələrindən ibarət 200 nəfərlik heyət iştirak edib. Gəzinti zamanı qonaqlar üçün ziyafət və canlı konsert proqramı da təşkil edilib.

Tədbirin açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov ilk dəfə olaraq təşkil olunan dəniz gəzintisinin maraqla qarşılanmasından məmnun olduğunu bildirib: “1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhədə olub. Onlardan 130-a yaxını göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunub, 170 min azərbaycanlı əsgər və zabitlər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Sözsüz ki, bu günü biz yüksək səviyyədə qeyd etməli idik. Bu müharibə hər bir MDB ölkəsinin ailəsində hansısa xatirə ilə yadda qalıb. Hər birimizin ailəsində baba və ya atalarımızdan bu müharibədə iştirak edənlər olub. Bu dəhşətli müharibənin qələbəsini qeyd etməmək düzgün olmazdı”.

M.Qəhrəmanovun sözlərinə görə, bu tədbir ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”in icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.

“Millennium” Turizm Şirkətinin rəhbəri Ruslan Quliyev də çıxışında tədbirdə iştirak edən çoxsaylı veteranları təbrik edib və onlara bu çətin müharibədə göstərdikləri şücaətə görə təşəkkürünü bildirib. Veteranlar Seyfulla Baxışov, Məhəmməd Məhəmmədov bütün veteranlar adından təşkilatçılara minnətdarlıq ediblər.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Xalq artistləri Flora Kərimova, Bilal Əliyev, skripka ifaçısı Səlim, əməkdar artist Gülyaz Məmmədova, sənətçilər Teymur Əmrah, Nadir Qafarzadə, Aslan, Rövşən, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu və digərləri veteranlar üçün xüsusi proqramla çıxış ediblər. Tədbirdə Hindistanın Azərbaycandakı səfirliyinin müharibə veteranları üçün hazırladığı xüsusi tort da kəsilib. Bayram tədbirində elə gəmidəcə atəşfəşanlığın təşkili də maraqla izlənib. Dəniz gəzintisinə Belarus, Hindistan, Qazaxıstan və digər ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılıb.

Xatırladaq ki, 6 saatlıq gəmi gəzintisi Mədəniyyət və Turizm Nazirliyi, ARDNŞ və “Millennium” Turizm Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Qələbənin 65 illik yubileyi münasibətilə keçirilən dənizdə gəmi gəzintisinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR