Bank Of Baku

UNİSEF-in regional direktoru Steven Allen Azərbaycana səfərə gəlir

UNİSEF-in regional direktoru Steven Allen Azərbaycana səfərə gəlir
# 10 may 2010 12:14 (UTC +04:00)
UNİSEF-in Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, üç gün davam edəcək səfərdə məqsəd səhiyyə, təhsil və müdafiə sahəsində uşaqlar üçün əldə olunan nəticələrin təhlil edilməsindən ibarətdir. Səfər çərçivəsində S. Allenin yüksək səviyyəli hökumət rəsmiləri, o cümlədən baş nazirin müavini, xarici işlər, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, təhsil, gənclər və idman nazirləri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclisin sədri, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri ilə görüşəcəyi gözlənilir. Görüşlər zamanı S. Allen Azərbaycan hökuməti və UNİSEF tərəfindən uşaqlara yardım etmək üçün görülən və “Uşaqlar üçün tam yararlı Azərbaycanın qurulması” təşəbbüsünə xidmət edən işlər barədə daha ətraflı məlumatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR