Bank Of Baku

Xaçmazda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə mərasimə Dərbənd ictimaiyyətinin nümayəndələri də qatılıb

Xaçmazda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə mərasimə Dərbənd ictimaiyyətinin nümayəndələri də qatılıb
# 10 may 2010 19:19 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Ulu öndər Heydər Əliyevin doğum gününün qardaşlaşmış Xaçmaz və Dərbənd şəhərlərinin ictimaiyyətinin bir yerdə qeyd etməsi artıq ənənəyə çevrilib. Dağıstan nümayəndə heyəti bu il də Xaçmazda keçirilən mərasimlərə qatılıb. Heydər Əliyevin abidəsini ziyarət edən mərasim iştirakçıları Xaçmaz şəhəri ilə yaxından tanış olublar, həmçinin burada «Xaçmaz-Dərbənd: dostluğumuz əbədidir» guşəsinə tamaşa ediblər. Dağıstan nümayəndə heyətinə başçılıq edən Dərbənd rayon administrasiyasının rəhbəri Qurban Qurbanov qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Mərasim Dağıstanın görkəmli ictimai-siyasi xadimi Səid Qurbanovun adına Xaçmaz şəhərində salınan yeni küçədə davam etdirilib. Burada həmçinin Xalqlar Dostluğu muzeyinin təntənəli açılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR