Bank Of Baku

Azay Quliyev: “QHT könüllülərini fəlakət zonasına cəlb etmək barədə düşünürük”

Azay Quliyev: “QHT könüllülərini fəlakət zonasına cəlb etmək barədə  düşünürük”
# 11 may 2010 07:16 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı - APA. “Düşünürük ki, qeyri-hökumət təşkilatlarının könüllülərini fəlakət zonasına cəlb edək”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib. Sabirabad və Şirvanda fəlakət zonasına baş çəkən Şirvan şəhərindən seçilmiş millət vəkili Azay Quliyev yaradılan operativ qərargahda olub. Deputat bildirib ki, fəlakət zonasında, yaradılmış çadır şəhərciklərində könüllülərdən ibarət QHT nümayəndələrinin iştirakını təmin etmək fikirləri var. Onun sözlərinə görə, könülllülər fəlakətdən ziyan çəkən insanlara yardım göstərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR