Bank Of Baku

TQDK sədri: “Daşqınlar olan bölgələrdə abituriyentlər üçün problem yaransa, yeni sənəd qəbulu komissiyası yaradıb onların ərizələrini qəbul edəcəyik”

TQDK sədri: “Daşqınlar olan bölgələrdə abituriyentlər üçün problem yaransa, yeni sənəd qəbulu komissiyası yaradıb onların ərizələrini qəbul edəcəyik”
# 11 may 2010 10:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadə deyib ki, daşqınlar yeni baş verdiyi üçün hələlik hər hansı problem yaranmayıb: ”Ola bilsin ki, bundan sonra problem yaransın. Əhali indi ərizə vermək haqda yox, evdə olan şəraiti barədə düşünür. Əgər həmin bölgələrdə yaşayan abituriyentlərin elektron ərizələrin doldurulması prosesində problem yaransa, biz yeni sənəd qəbulu komissiyası yaradıb onların ərizələrini qəbul edəcəyik”.

Daşqınlarla bağlı ali məktəblərə sənəd qəbulunun vaxtının uzadılmasına gəlincə, TQDK sədri bunun gözlənmədiyini deyib: “Sənəd qəbulunun başa çatmasına hələ kifayət
qədər vaxt var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR