Bank Of Baku

Ukraynanın Lvov vilayətində azərbaycanlı döyüşçünün abidəsi ucaldılıb

Ukraynanın Lvov vilayətində azərbaycanlı döyüşçünün abidəsi ucaldılıb
# 11 may 2010 10:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İkinci Dünya Müharibəsində qələbənin 65 illiyi münasibətilə Ukraynanın Lvov vilayətinin Starosambir rayonunun Staraya Sol kəndində azərbaycanlı döyüşçü Ali İsmayılovun abidəsi ucaldılıb. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, abidə Lvovun Azərbaycan icmasının təşəbbüsü ilə hazırlanıb. Açılışda Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Azərbaycan diasporasının nümayəndələri və rayon rəhbərliyi iştirak edib.

Qeyd edək ki, Ə. İsmayılov Prikarpatyenin azad olunması uğrunda döyüşlərdə həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR