Bank Of Baku

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında müşavirə keçirilib

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında müşavirə keçirilib
# 11 may 2010 12:11 (UTC +04:00)
APA-nın məlumatına görə, müşavirə 2010-2011-ci il tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna həsr olunub. Müşavirədə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, hazırda ölkə üzrə yaradılan 130 SQK-da sənəd qəbulu prosesi davam edir: “Bu prosesdə əsas elektron ərizənin doldurulmasıdır. Bu, abituriyentlərin özləri tərəfindən aparılır. SQK-larda bu sənədlər yalnız təsdiq olunur. Biz xüsusi araşdırma aparıb elə məktəblər seçmişik ki, orada abituriyentlərə düzgün izahat vermək üçün müvafiq personal və internet bağlantısı olsun”.

M. Abbaszadə deyib ki, komissiyaya Bakının 83 saylı məktəbində yaradılmış SQK-da abituriyentlərdən əlavə rüsum tələb olunması ilə bağlı məlumat daxil olub: “Bu, çox pis haldır. Dərhal həmin komissiyanın tərkibi dəyişdirilib. Mən yenə də abituriyentlərin nəzərinə çatdırıram ki, “ödəmə kartları” üçün dövlət rüsumu 2 manatdır. Bundan artıq heç kim, heç yerdə onlardan pul tələb edə bilməz. Abituriyentlər “ödəmə kartları”nı təkcə poçtdan deyil, virtual qaydada da əldə edə bilərlər. Bunun üçün ailədə heç olmasa bir dənə MasterCard və VISA kartı olmalıdır”.

Müşavirədə komissiyanın Naxçıvan, Gəncə, Lənkəran və Şəki regional bölmələri ilə canlı bağlantı qurulub. Naxçıvan regional bölməsindən bildirilib ki, kənd yerlərində yaşayan abituriyentlərin sənəd qəbulunda çətinliklər və internet problemi var. M. Abbaszadə TQDK-nın Naxçıvan regional bölməsinin rəhbərliyinə Naxçıvan televiziyasında veriliş təşkil etməyi və virtual kartı əldə etmə üsulları barədə ictimaiyyəti məlumatlandırmağı tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR